"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayır”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

 

O qeyd edib ki, rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% “cash back” tədbiq ediləcək:

 

“Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda gün ərzində əlavə qiymət endirimləri olacaq. Uzun illərdir ki, biz nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik. Avtobus və metroda gedişhaqqının çevik və diferensial olması lazımdır. Bizdə nədənsə avtobus və metroda gedişhaqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür. Bu, çox ziyanlı yanaşmadır. Dünyanın inkişaf etmiş ölkələrində saatlıq, bir neçə günlük, aylıq, 6 aylıq və illik biletlər mövcuddur. Birdəfəlik gediş biletləri tədbiq edilmir və nə qədər uzun zamanlı bilet alırsansa, gediş üçün bir o qədər az ödəyirsən. 

 

Məsələn, Praqada yerüstü şəhəriçi nəqliyyatın bütün növlərindən istifadə üçün 1 saatlıq bilet qiyməti, təxminən, 1 avrodan bir az çoxdur - təqribən, 1 manat 90 qəpik, yəni 1 saat ərzində sərnişin metro, avtobus, tramvaydan bir neçə dəfə istifadə edə bilər. Amma siz 1 aylıq bütün növ nəqliyyatdan istifadə üçün bilet alsanız, 22 avro ödəmiş olacaqsınız, təqribən, 42 manat. Əgər 1 illik bilet almaq istəsəniz, 145 avro ödəmək lazımdır,  təqribən 275 manat”.

 

İqtisadçı sözügedən nümunələrin Azərbaycan üçün də tətbiq edilməli olduğunu vurğulayıb:

 

“Yəni bunu Azərbaycana proyeksiya etsək, gündə 3-4 dəfə nəqliyyatdan istifadə etməyə məcbur olan Bakı sakini 1 illik bileti günü 75 qəpiyə alacaq. Bu da bir gedişi 18 qəpik edəcək. Mən demirəm ki, bizdə də illik bilet 275 manat olmalıdır, xeyr, Praqa sakininin orta aylıq maaşı Bakı sakininin orta aylıq maaşından 2-3 dəfə çoxdur. Bizdə illik bilet 160-170 manat olmalıdır ki, bu da günü 45 qəpiyə, gündə 3 dəfə nəqliyyatdan istifadə etsə, bir gediş haqqı 15 qəpiyə düşəcək. Onu da deyim ki, Praqada 0-6 yaş arası uşaqlara nəqliyyat pulsuzdur, 6-18 yaş arası, tələbələr və təqaüdçülər üçün isə yuxarıda yazdığım qiymətlərə 50% endirim olur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər “ADEX-2024” sərgisində İŞTİRAK ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili T...

Tanınmış jurnalist AYNA-nı TƏNQİD ETDİ: "Guya, nümunə olursunuz, əslində özünüz..." - VİDEO

Tanınmış jurnalist Tural Museyibov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.   Sfera.az bildirir ki, o, bu barədə sosial media hes...

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...