Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.

 

Sfera.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

 

Onun sözlərinə görə, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% "cash back" və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır.

 

"Loyallıq proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək", - ADY rəsmisi qeyd edib.

 

Qurum həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 % endirimdən yararlana biləcəklər.

 

A.Fərəcov bildirib ki, yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir: “Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarusiya Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır”.


OXŞAR XƏBƏRLƏR

Zelenskinin ofisi: "Qələbə planı 5 bənddən ibarətdir və 90 faiz..."

Volodimir Zelenskinin hazırladığı qələbə planına beş bənd daxildir. Onların arasında Qərbdən Kiyevə “müasir silahların” verilməsi də var.   ...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimi başladı - FOTO

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. ...

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keç...

Vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” olacaq

Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir.   Sfera.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ...

Şəmkirdə üç nəfəri “tok” vurub öldürdü

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın məlumatına görə, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.   ...

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycanda sentyabrın 23-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat ...