Mədəniyyət Nazirliyi Təcrübə Proqramı ELAN EDİR!

Mədəniyyət Nazirliyi Təcrübə Proqramı ELAN EDİR!

Mədəniyyət Nazirliyi, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə sonuncu kurs bakalavr tələbələr, magistrlar və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir.

 

Sfera.az xəbər verir ki, proqram, istedadlı gənclərə beynəlxalq əlaqələr və mədəniyyət sahəsində professional iş təcrübəsi, dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq.

 

Bununla yanaşı, təcrübə proqramında iştirak edən gənclər, sahə üzrə mütəxəssislərlə birgə dinamik komandada çalışacaq və mədəniyyət sahəsində hökumətlərarası beynəlxalq təşkilatlarla fəaliyyətlərin təşkilində yaxından iştirak edəcəkdir. 

 

Proqramın məqsədi:

 

* Gənclərin beynəlxalq münasibətlər və mədəniyyət sahəsində bilik və bacarıqlarını artırmaq

* Mədəniyyət sahəsində peşəkar inkişaf və karyera imkanlarını genişləndirmək

* Beynəlxalq layihələrin təşkilində gənclərin töhfəsini təşviq etmək

* Sahə üzrə kadr potensialını inkişaf etdirmək 

 

Tələblər:

 

* Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, idarəçilik və ya əlaqəli sahələr üzrə təhsil

* Əla səviyyədə ingilis və azərbaycan dil biliyi (Qeyd: Əlavə dil bilikləri üstünlükdür)

* Yüksək kommunikasiya və analitik düşünmə bacarığı

* Komandada işləmək bacarığı və təşəbbüskarlıq

* Ofis proqramlarında işləmə bacarıqları

* Ümumi dünyagörüşü və məlumatlılıq

* Operativlik, məsuliyyət və yüksək intizam

* Həftədə 5 dəfə olmaqla tam/yarım iş günü çərçivəsində 3 ay müddətində AR Mədəniyyət Nazirliyində fiziki olaraq fəaliyyət göstərmək

 

Vəzifələr:

 

* Beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək

* Tədqiqat və analitik işlərin icrası, konseptlərin və təqdimatların hazırlanması

* Xarici tərəfdaşlarla əməkdaşlıq və koordinasiya işlərinin aparılmasına dəstək

* Tələb olunacaq digər texniki işlərin icra olunması

 

Gələcəyini bizimlə quraraq mədəniyyət sahəsinin inkişafına və Azərbaycanın mədəniyyət diplomatiyasına töhfə vermək istəyən gənclər, aşağıdakı qeydiyyat formasını doldurmaqla təcrübə proqramına qoşula bilər! 
Proqrama iştirakçıların seçimi test və müsahibələrdən ibarət bir neçə mərhələdə aparılacaq.

 

Son müraciət tarixi: 10 oktyabr 2024-cü il

 

Qeydiyyat üçün: //bit.ly/3AQfPV2


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərimizin bağlı olmasından DANIŞDI: "Tam əminliklə deyə bilərəm ki..."

"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər b...

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...