MM sədri kim olacaq? - İki əsas namizəd

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

 

Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qanunvericiliyə görə, parlamentin ilk iclasına yeni tərkibdə seçilmiş Milli Məclisin ən yaşlı deputatı rəhbərlik edəcək. Sonra Milli Məclisin sədri, sədrin birinci müavini və daha iki müavin seçiləcək.

 

Qeyd edək ki, Milli Məclisin rəhbərliyində dəyişikliklərin olacağına dair gözləntilər var. Hətta spikerin və birinci vitse-spikerin yeni deputatlarla əvəzlənəcəyi iddia olunur.

 

Hakimiyyət komandasının nüfuzlu simalarından biri açıqlamasında parlament rəhbərliyində dəyişikliklərin qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, hazırda Milli Məclis rəhbərliyində təmsil olunan 4 nəfərdən ən azı ikisi kürsüsünü başqa deputat həmkarlarına təhvil verəcək.

 

Mənbə iki deputatın – Sahibə Qafarovanın və Əli Əhmədovun sədr seçilmək şansının olduğunu bildirib. Onun sözlərinə görə, Sahibə Qafarovanın parlamentə rəhbərlik etmək şansı Əli Əhmədovla müqayisədə daha yüksəkdir.

 

Məlumatlı şəxs birinci müavin və digər iki müavin postlarını tutmaq şansı olan deputatların da adlarını açıqlayıb. O, millət vəkillərindən Əli Hüseynlinin, Fazil Mustafanın, Şahin Seyidzadənin, Fəzail İbrahimlinin, Erkin Qədirlinin və Qaya Məmmədovun parlament rəhbərliyində təmsil oluna biləcəyini istisna etməyib.


OXŞAR XƏBƏRLƏR

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...