Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...

 

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən "MilliÖn" və "E-manat" terminallarında ödəniş edən zaman 1% komissiya tutulur. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilir.

 

Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

 

Məsələ ilə bağlı əvvəlcə "E-manat"la əlaqə saxladıq. Şirkətdən bildirildi ki, bu komisiya onlara aid deyil. "E-manat" terminallarında ödəniş zamanı tətbiq edilən komissiya həmin xidməti gösətərn provayder tərəfindən tətbiq edilir. Hər hansı bir komissiya tutulursa, müştəri "İnfo" bölməsində komissiyanın bank, yaxud da E-manat tərəfindən tutulduğunu aydın şəkildə görə bilər. Qeyd edilən bütün xidmətlər üzrə terminal interfeysində komissiyanın bank tərəfindən olduğu qeyd olunub. O da əlavə edilib ki, bütün xidmətlər üzrə fərqli komissiya faizi tətbiq olunur.

 

"MilliÖn" şirkətindən isə bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənərək bildirildi ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur. Bu komissiya isə bankın istəyi əsasında tətbiq edilir. Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək. "Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır", deyə - açıqlamada qeyd olunub.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...