Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub


Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblərə baxmaq lazımdır ki, nəyi bağışlamalısan".

 

Sfera.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Elgizlə izlə" verilişində deyib. O, anası ilə məhkəməlik olmasının səbəbini izah edib:

 

"Böyüklər bəzən elə hərəkət edirlər ki, insanlar özləri imtina edirlər onlardan. Mən onun üçün bunu keçmişdim. Mən məhkəməyə verilən vaxt ona görə uduzdum ki, anam ilə hakim qarşısında üz-üzə gəlmək istəmədim. Mən bunu etmədim. Özümə ayıb bildim. Çox yaralıyam. Bunlar 3-4 il bundan qabaq yaşanan şeylərdir. Bu yara mənimlə qəlb evimə qədər gedəcək. Övladın nankoru ola bilər. Çünki övlad anadan olur. Amma övlad hər zaman düşünür ki, ağır, problemli, pulsuz günüm olsa da, anamın ətəyindən yapışa biləcəyəm. Amma ki, insanın çətin məqamında ana ona təpik vuraraq imtina etməsini mən qəbul edə bilmirəm. Səbəb o idi ki, anam mənə bağışladığı mülkdən imtina etdi. Onu qızışdırdılar. Kim onun beyninə girdi bilmirəm. Bunu Allah bilir".


OXŞAR XƏBƏRLƏR