Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 monitorinq həyata keçirilib və 3 104 pozuntu halı aşkar edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

 

Bildirilir ki, aşkar edilən pozuntu hallarından 5-i dənizin 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı olub. Müəyyən edilən pozuntu halları üzrə aidiyyəti sənədlər tədbir görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.

 

Cari ayda aparılan monitorinqlər zamanı isə Bakının Səbail rayonunun, Namiq Quliyev küçəsində yerləşən “Şəfa” balıq evi və hasar qonşusu vətəndaş Rəcəb Abbasov tərəfindən Xəzər dənizinin mühafizə zolağına düşən ərazilərin zəbt olunduğu və hasarın çəkildiyi faktı aşkar edilib.

 

Qanunvericiliyin tələblərini təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində zəbt olunan ərazidə hasarların biri tam sökülüb, digərinin isə obyektin sahibi tərəfindən demontajına başlanılıb.

 

Qeyd edilir ki, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq Xidmət torpaqların səmərəsiz istifadəsinə və özbaşına zəbt olunmasına qarşı nəzarət tədbirləri həyata keçirir. Xidmət tərəfindən ölkə ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları, o cümlədən Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı monitorinqlər aparılır.

 

Xatırladaq ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında yerləşən torpaq sahələri dövlətin müstəsna mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz. Yalnız dövlət məqsədləri üçün Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Məcəlləyə əsasən istifadəyə və ya icarəyə verilən torpaq sahələri İqtisadiyyat Nazirliyinin Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.

 


OXŞAR XƏBƏRLƏR

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...

Unibankdan daha bir yenilik - Müştərilərə Kredit həyat sığortası təklif olunur

Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni məhsul təklif edir. Artıq kredit götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və...

Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır.   Bəs peycer nədir və&n...