Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.

 

Bəs bu iddialar həqiqəti əks etdirirmi?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan İKT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, "Temu"nun kiberhücuma məruz qalması nəticəsində 87 milyon istifadəçinin datası xakerlər tərəfindən ələ keçirilib.

 

“Bu məlumatların içərisində müxtəlif insanların bank kartı məlumatları, şəxsi bilgiləri mövcuddur. "Temu"dan alış-veriş edərkən istifadə olunan bank kartları bloka salınmalı və kartın məxsus olduğu müvafiq bankla əlaqə saxlanılaraq kart məlumatları dəyişdirilməlidir”.

 

Elvin Abbasov qeyd edib ki, vətəndaşlar onlayn alış-veriş edərkən kart məlumatlarını daimi olaraq həmin saytlarda saxlamamalıdırlar.

 

“Hər bir halda əvvəlcədən 3D secure xidmətini aktivləşdirməlidirlər. Kart məlumatlarını yalnız alış-veriş edərkən daxil etsinlər və sonra dərhal silsinlər. Əks halda, insanların kartlarından kiçik məbləğlərlə başlayan pullar çəkiləcək. "Temu"nun özünün bildirdiyinə görə isə belə bir hal baş verməyib. Hal-hazırda trend olduğu üçün bu platformanın adından istifadə edərək dələduzlar insanları aldadırlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...