Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. 

 

Rəsədxanadan Sfera.az-a bildirilib ki, Günəş fəallığı artıb, 10 santimetrlik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb. 

 

Günəş küləyinin maksimal sürəti saniyədə 623 kilometrədək artıb. 

 

Proqnoz günlərində (16-22 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faizdir. 

 

Günəş küləyinin sürətinin 13-14 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir. 

 

TKA-nın və müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə növbəti günlərdə G1(zəif) - G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir. 


OXŞAR XƏBƏRLƏR

Raket buraxılışları ozon qatını zədələyir – Alimlərdən ciddi xəbərdarlıq

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbit...

Ərdoğan: AB dərhal addım atmalıdır!

Türkiyə AB-dən onun avrointeqrasiya qarşısındakı siyasi maneələri dərhal aradan qaldıracağını gözləyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezi...

Brilliant Dadaşova həyat yoldaşı və oğlunun görüntülərini yayımladı – VİDEO

  Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram teatrının rəhbəri Ədalət Hacıyev və oğulları Cahadla bağlı paylaşım edib. Sfera.az x...

Nərmin Salmanova yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Bakı Metropoliteni" QSC-də yeni mətbuat katibi təyin edilib.   Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata gör...

Hindistanda yağışlar 125 nəfərin həyatına son qoydu

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.   ...

İran ABŞ ilə danışıqlar aparmayacaq - XİN

İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.   ...