Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO

Çindən gətirilən avtomobillərin sərhəddən buraxılmama səbəbi məlum olub. 

 

Sfera.az xəbər verir ki, 40-45 günə çatdırılmalı olan Çin avtomobilləri bir neçə müddətdir ki, sərhəddə ləngiyir. Hətta bu səbəbdən bəzi avtomobil gətirən şirkətlər müştərilərinə gecikməyə görə müvəqqəti avtomobillər də təklif edirlər.

 

Çindən Azərbaycana avtomobil gətirən şirkətin rəhbəri Kənan Heydərov deyir ki, problemin səbəbini öyrənmək üçün, nəqliyyat vasitələrinin ilişib qaldığı yerdə, Dağıstanda olublar. Məlum olub ki, avtomobillərin buraxılmamasına səbəb onların sənədlərindəki çatışmazlıqlardır.

 

Onun sözlərinə görə, bəzi daşıyıcı şirkətlər ucuz başa gəlməsi üçün avtomobilləri Çindən Qazaxıstana idarə edərək keçirirlər. Bu isə daşınma qaydalarına uyğun gəlmədiyindən sənədlər qaydasında olmur.

 

O bildirib ki, avtomobillərin yenidən yola düşməsi üçün tətbiq olunan cərimə məbləği mütləq ödənilməli və sənədlər qaydasına salınmalıdır. Bunu etmək isə müştərinin, yəni avtomobil sifariş edən şəxsin yox, daşıyıcı şirkətin məsuliyyətidir.

 

Ətraflı “Xəzər Xəbər”in süjetində:

 


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...