Bu gün Bakıda yağış yağacaq

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...

Dodi Əl-Fayedin atası kral malikanəsindən cinsi istismar üçün istifadə edib?

2023-cü ildə 94 yaşında dünyasını dəyişən misirli milyarder Mohamed Əl-Fayed bir neçə qadın tərəfindən zorlamada ittiham edilib. Onlardan bəziləri Parisdəki &ld...

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.   Sfera.az-ın məlumatına görə...

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib....

Bakıda obyekt yandı - VİDEO

Bakının Binəqədi rayonunda yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonun M....

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbay...