Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ

Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ

“İnsan orqanizmin suya olan tələbatını ödəmək üçün hər gün tələb olunan miqdarda su içilməlidir. Yaşı 40-ı keçən insanlarda isə su istehlakı bir qədər də artırılmalıdır”.

 

Sfera.az xəbər verir ki, bunu “Nutrients” jurnalına danışan amerikalı ekspertlər bildirib. Ekspertlərin rəyinə əsasən, insan gündəlik su istehlakı normasına əməl etmədikdə orqanizmdə sabitlik pozulur. Onların fikrincə, oynaqların yağlanmasını təmin etmək, bədən istiliyinizi tənzimləmək və tullantıları bədəndən çıxarmaq üçün su istehlakı vacibdir.

 

“Nutrients”ın istinad etdiyi ekspertlərin rəyinə əsasən, fəaliyyət səviyyəsinə, çəkisinə və iqliminə görə kişilər gündə 15 stəkan (təxminən 3,7 litr), qadınlar 11 stəkan (2,7 litr) su istehlak etməlidir. Yaşlandıqca isə su istehlakı artırılmalıdır. Xüsusən 40 yaşından sonra böyrəklərin su tutma qabiliyyətini itirməyə başlaması bədənin maye balansını saxlamğını çətinləşdirir. Bu hal 65 yaşdan sonra bir qədər də güclənir.

 

Bundan əlavə, yaşlı insanlar susuzluğa səbəb ola biləcək çoxlu dərman qəbul etməyə meyllidirlər. Məsələn, diabetin müalicəsində istifadə olunan dərmanlar nəmlənmə səviyyəsinə təsir edir, çünki onlar insanı daha tez-tez sidiyə çıxmağa məcbur edir.

 

Yaşlı insanların su istehlakını artırmasını tələb edən digər dəyişiklik qığırdaqların qorunması ilə bağlıdır. İnsan yaşlandıqca oynaqları qoruyan qığırdaq təbəqəsi parçalanmağa başlayır. Bir araşdırmaya görə, qığırdağın 80%-i sudan ibarətdir və insan susuz qaldığı zaman orqanizm digər funksiyaları dəstəkləmək üçün oynaqlardakı mayeni çəkə bilər.

 

Suyun orqanizm üçün əhəmiyyətini nəzərə alan ekspertlərə görə, yalnız susadıqda maye qəbul edilməsi düzgün deyil.

 

Qeyd edək ki, su istehlakı norması ümumi anlayışdır və sadəcə adi suyun qəbulunu nəzərdə tutmur. İnsan müxtəlif mayeləri, tərəvəz və meyvələri istehlak etməklə də suya olan ehtiyacını ödəmiş olur. Yalnız kofein və ya spirtli içkilərdən suya olan ehtiyacı ödəmək üçün istifadə məsləhət deyil. Çünki bu qidalar insanda susuzluq yaradır və onlar bədəndə olan suyu azaldır.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....