“Temu”dan istifadə edənlərin DİQQƏTİNƏ - Sizi bu yolla aldadırlar!

“Temu”dan istifadə edənlərin DİQQƏTİNƏ - Sizi bu yolla aldadırlar!

Çinin alış-veriş saytı olan "Temu" dünya bazarına sürətlə daxil olub. Geniş məhsul çeşidi və sərfəli qiymətləri ilə istehlakçıların diqqətini çəkən "Temu"nun etibarlı olub-olmadığı sual doğurur. Bu da digər alış-veriş saytları kimi, istifadəçilərin ehtiyaclarını tək platformada toplayan alış-veriş saytıdır. 2022-ci ilin sentyabrında ABŞ-də fəaliyyətə başlayan bu sayt qısa zamanda böyük marağa səbəb olub. “Milyarder kimi alış-veriş et” şüarı ilə yola çıxan platformanın məqsədi istifadəçilərə geniş çeşiddə sərfəli məhsullar təqdim etməkdir.

 

"Temu" da "AliExpress" kimi Çinin onlayn ticarət platformasıdır.  Təhlükəsiz alış-veriş üçün 3D Secure və SSL sertifikatlarından istifadə edir. Bu, kibertəhlükəsizlik risklərini aradan qaldırır.

 

Bir çox dələduzlar artıq tanınmış brendlərin adlarından istifadə edirlər. Son zamanlar məşhurlaşan brendlərdən də biri “Temu” platformasıdır.

 

Fırıldaqçılar bu saytın günü-gündən artan populyarlığından istifadə etməyə başlayıblar. Onlar "Temu"da pulsuz Roblox Robux hədiyyə kartı əldə edə bildiklərini iddia edərək istifadəçilərə öz referal kodlarını daxil etməyi tələb edirlər. Bu referal kod isə onların şəxsi məlumatlarını əldə etməsini asanlaşdırır. Fırıldaqçılar sadəcə olaraq sosial media istifadəçilərinin bu sayta olan marağından faydalanırlar.

 

"Temu" tərəfindən satılan məhsullara böyük endirimlər vəd edən vebsayt reklamlarından və spam e-poçtlardan ehtiyatlı olmaq lazımdır. Bununla belə, həmin reklamlara kliklədikdə, fırıldaqçılar kart məlumatlarını rahatlıqla ələ keçirə biləcəklər. Heç vaxt istənməyən e-poçt və ya reklamlardakı linklərə klikləməyin. Ödəniş məlumatlarınızı hesabınızda saxlamayın. Hesabınızı qorumaq üçün iki faktorlu autentifikasiyadan (2FA) da istifadə edin.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Pilot havaya qalxdıqdan üç dəqiqə sonra huşunu itirdi: Sərnişinlərə nə oldu?

İçərisində 37 sərnişin və 4 ekipaj üzvü olan KLM təyyarəsinin pilotu qəfil huşunu itirib. Sfera.az xəbər verir ki, insident uçuşdan cəmi üç dəqiqə sonra, t...

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kemerovo vilayətinin Taştagöl rayonunda güclü zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizik...

Astarada minik avtomobili dərəyə aşdı, ölən və xəsarət alan var

Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var.   Sfera.az-ın məlumatına görə, hadisə Astara rayonunun dağlıq ərazisində, Üləsi...

Türkiyə qırıcıları bu ölkədə 24 hədəfi məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələrinın qırıcıları İraqın şimalında PKK terror təşkilatının sığınacaqlarına zərbələr endirib.   Sfera.az xəbər verir ki, bu b...

Tramp İranı buna görə ittiham etdi

ABŞ-nin keçmiş prezidenti, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Donald Tramp Nyu-Yorkda tərəfda...

Xankəndi Dövlət Dram Teatrının son halı - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.   Sfera.az-ın&n...