“Temu” işlədənlərin nəzərinə! - Məlumatlarınız oğurlana bilər

“Temu” işlədənlərin nəzərinə! - Məlumatlarınız oğurlana bilər

87 milyon “Temu” müştərisinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyi iddia olunur.

 

Sfera.az xəbər verir ki, bu barədə “TechRadar” portalı məlumat yayıb.

 

Hakerlər sübut kimi istifadəçi adları, şəxsiyyət vəsiqələri, IP ünvanları, adlar, doğum tarixləri, cins, çatdırılma ünvanları, telefon nömrələri, parollar və s. daxil olmaqla məlumat nümunələrini açıqlayıblar.

 

Çinin onlayn ticarət platforması olan “Temu” isə yayılan məlumatları təkzib edir:

 

 “Təhlükəsizlik qrupumuz iddia edilən məlumat sızması ilə bağlı hərtərəfli araşdırma aparıb və iddiaların tamamilə yalan olduğunu təsdiqləyib. Dövriyyədə olan məlumatlar bizim sistemlərdən qaynaqlanmayıb və heç bir məlumat cərgəsi əməliyyat qeydlərimizə uyğun gəlmir. Biz reputasiyamızı ləkələmək və ya istifadəçilərimizə zərər vermək cəhdini qanuni tədbirlərlə cavablayacağıq”.

 

Qeyd edək ki, kibertəhlükəsizlik ekspertləri yayılan xəbərlərlə bağlı istifadəçilərə şəxsi bank kartları məlumatlarını tətbiqdə açıq qoymamağı məsləhət görür. (Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Sabirabadda ticarət mərkəzində yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, Muğan prospektində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barəd...

İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə TANIŞ OLDU

12:17   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış ol...

Bakıda körpüdə 2 maşın yandı- FOTO

Bu gün Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az DİN-in Nəqliyyatı İntellektual İd...

Ən qısqanc 5 BÜRC - Başqalarının uğurunu qəbul edə bilmirlər

Qısqanc insanlarla ünsiyyət qurmaq çox çətin ola bilər. Çünki onlar başqalarının uğurunu qəbul edə bilmirlər və düşünürlər ki, həmişə öndə olmalıdırlar. Xüsusil...

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi oldu - FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.   Bu ba...

“Ev işləri xanımları xəstə salır” - Aytən Səfərova

“İşdən evə gedən kimi, çantamı qoyub keçirəm sobanın yanına. Əyləşmirəm. Başlayıram yemək bişirməyə. Bir gün əvvəldən bunu etmək alınmır”.  ...