Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”işə BAŞLADI

Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”işə BAŞLADI

Bakıda “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb.

 

Sfera.az xəbər verir ki, forumun əsas mövzuları “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması, Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya dayanıqlı nəqli, Orta Dəhliz üzərində yerləşən ölkələrin “yaşıl iqtisadiyyat”a keçidi və “Yaşıl Qarabağ”dır.

 

Məqsəd regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin “yaşıl dünya” naminə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticələri, regionda “yaşıl” layihələrə investorların cəlb olunması, dövlət və özəl sektorlarda həyata keçirilən “yaşıl layihə"lərin beynəlxalq arenada tanıdılmasıdır.

 

Forumda Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı beyin mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri daxil olmaqla 500-dən çox nümayəndə, o cümlədən diplomatik və beynəlxalq missiyaların Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak edirlər.


OXŞAR XƏBƏRLƏR

Aİ Ukraynaya 160 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturu üçün 160 milyon avro ayıracaq.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa...

DİM: "Gün ərzində 1,7 min elektron imtahan keçiriləcək"

Bu ilin əvvəlindən Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən istifadənin sayı 11 milyonu ötüb.   Sfera.az xəbər verir ki, bun...

Prezident Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə TANIŞ OLDU

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.   Sfera.az xəbər verir ki, ...

Hüseyn Abdullayev istintaq təcridxanasında müayinə olunacaq

Sabiq deputat Hüseyn Abdullayevin növbəti məhkəmə prosesi keçirilib.   Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağ...

Şəhid anası: “Övladını qucağına alıb qoxusunu ciyərlərinə çəkə bilmədi” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində...

Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.   Sfera.az ...