Sabah yağış yağacaq, bəzi yerlərə dolu düşəcək

Sabah yağış yağacaq, bəzi yerlərə dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ilk seriyalı qatili qadın olub: Bütün Qədim Roma ondan qorxurdu

Qədim Roma yaşamaq üçün olduqca təhlükəli yer idi. Məsələn, Yuli Sezarın, məşhur qədim qadın riyaziyyatçı Hipatianın və hətta İsa Məsihin qətli kimi səs-küylü c...

Napoleonun son döyüş yeri: Arxeoloqlar şokedici faktlar aşkar etdilər - FOTOLAR

1815-ci ildə Vaterloo döyüşündə on minlərlə əsgər ölüb və ya ağır yaralanıb. Buna baxmayaraq, döyüş yerində az sayda insan qalıqları tapılıb. Sfera.az xəbə...

Məktəblilərdən Leyla Əliyevaya hədiyyə - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbi...

BMT Təhlükəsizlik Şurasının iclasını çağıracaq - SƏBƏB

BMT Təhlükəsizlik Şurası Livanda peycerlərin partlaması ilə bağlı iclas keçirəcək.   Sfera.az bildirir ki, bu barədə TASS BMT Təhlükəsizlik Şurasındakı...

Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?

Dünyaca məşhur İtalyan avtomobil markası “Lamborghini”nin loqotipindəki öküz fiquru təkcə brendin gücünü deyil, həm də onun yaradıcısı Ferruccio Lam...

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. &nb...