"Konstitusiyada evlilik yaşı artırılıb 25 edilməlidir, çünki..." - Psixoloq

"Konstitusiyada evlilik yaşı artırılıb 25 edilməlidir, çünki..." - Psixoloq

Evlilik yaşı məsələsi bir çox ölkələrdə müzakirə olunur. Son vaxtlar isə bəzi ölkələrdə psixoloqlar və ya ailə məsələləri üzrə mütəxəssislər təklif edir ki, qanunla yetkinlik yaşı 18 yox, 25 olmalıdır. 18 yaşda insanlar yetkinləşmir, həyatı hələ dərk etmirlər. 25 yaşdan aşağı insanlara isə evlənməyə icazə verilməməlidir, belə olan halda, boşanmaların da qarşısını almaq mümkün olar. 

 

Evlilik və yetkinlik yaşı artırılmalıdırmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, evlilik yaşı insan psixologiyasına, böyüdüyü mühitə, tərbiyə aldığı ailəyə görə dəyişir:

 

“Əvvəllər çox erkən yaşda ailə həyatı qurur və uğurlu ola bilirdilər. İndi isə kifayət qədər kamil yaşda evlənənlər belə uğursuz ola bilir. Bu, insana görə dəyişən bir prosesdir. Ümumilikdə evliliyin minimum yaş həddi Konstitusiyada 18 olaraq göstərilirsə, düşünürəm ki, bu, daha yuxarı olmalıdır. Çünki 18 yaşında bir kişi öz ailəsini fiziki, maddi baxımdan təmin etməyə bilər. Fikrimcə, insanlar, xüsusilə xanımlar özlərindən 5 yaş böyük şəxslərlə ailə həyatı qurmamalıdırlar. Çünki onların həyata baxışları belə uyğunlaşmaya bilir, yaş öz sözünü deyir. Konstitusiyada isə evlilik yaşı artırılmalıdır. Eləcə də insan müəyyən yaşda nələrəsə sahib olmalı və özünü evliliyə hazır hiss etməlidir. Ailə həyatı quran hər bir insan özünə bu sualları verməlidir:

 

“Mən bu insanla davam edə biləcəmmi”, “Həyat yoldaşımla fikirlərim, arzularım uyğunlaşırmı”, “Mən partnyorumla indiki vəziyyətindən də pis olduğu halda, maddi baxımdan çətinlik çəkəndə və ya xəstəliyi olanda birlikdə qala biləcəmmi”...

 

Psixoloqun fikrincə, 25 yaşından aşağı olan bir xanım ailə həyatı qurmamalı, eynilə də, 25 yaşından aşağı olan bəy evlilik haqqında düşünməməlidir:

 

“Bəylər 28 və ondan sonrakı yaşda evlənməlidir, xanımlar da 24 yaşından sonra ailə həyatı qurmalıdırlar. İnsan bədən olaraq 18 yaşında doğuş etməyə hazır olmur. Ümumiyyətlə, erkən nikaha razılıq verən valideynlər məsuliyyətə cəlb olunmalıdır. Müəyyən bölgələr var ki, o zonalarda uşaqlar 16 yaşında ailə həyatı qururlar. Hətta tanıdığım bir xanım rayona getmirdi və səbəbi isə təəccüblü idi. O deyirdi ki, artıq mənim 23 yaşım var, mənə getdiyim bölgədə müəyyən xoşa gəlməyən sözlər deyilir. Görün, millətin kosmosa uçduğu bir dövrdə bizimkilər nə düşünür – sənin 23 yaşın var, evdə qalmısan, ailə qurmaq üçün uyğun deyilsən, səni kim alacaq və sairə. Biz insanların maarifləndirilməsinə çalışmalıyıq. Eyni zamanda biz artıq xanımların özlərindən kiçik yaşda olan kişilərlə ailə qurmağına da normal yanaşmalıyıq. Niyə, bəy xanımdan 14, 15 yaş böyük ola bilir, amma xanım bəydən 2-3 yaş böyük ola bilmir? Bütün bu məsələlər normal qarşılanmalıdır”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...