Qadınlar və kişilər niyə uşaq sahibi olmaq istəmirlər? - AÇIQLAMA

Qadınlar və kişilər niyə uşaq sahibi olmaq istəmirlər? - AÇIQLAMA

ABŞ-də yeni aparılan tədqiqat qadınların 64 %-nin, kişilərin isə 50 %-nin uşaq sahibi olmaq istəmədiyini üzə çıxarıb.

 

Bəs buna səbəb nədir? Niyə qadınlar və kişilər uşaq sahibi olmaq istəmirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, dövrümüz dəyişdikcə ailə dəyərləri aşağı düşür.

 

"Nənə-babalarımızın dövründə qızlarımızın iqtisadi azadlığı yox idi. Onların tək amalı evlənib uşaq dünyaya gətirmək idi. Amma artıq qızların əksəriyyəti özləri işləyir və öz ehtiyaclarını təmin edə bilirlər. Bu isə onların evlənmək istəklərini azaldır. Evlənənlər isə tez bir zamanda uşaq sahibi olmaq istəmirlər. İndiki gənclər övladlarına daha yaxşı həyat bəxş etmək istəyirlər. Məhz bu baxımdan ilk növbədə maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün çalışırlar. Lakin bu, düzgün yanaşma deyil. Uşaqların hər arzusu yerinə yetirilsə də, onların daima yeni istəkləri olacaq. Bu məsələdə ətraf mühitin də təsiri böyükdür. Yaxşı getməyən evliliklər, uşaq böyütməyin çətinlikləri barədə fikirlər də insanlara mənfi örnək olur. Bu tip insanlar ətrafdan eşitdiklərindən qorxur və valideyn olmaq planlarını ertələyirlər. Qızlara elə təlqin edirlər ki, guya karyera və ailə bir arada ola bilməz. Bizim bir çox xanımlarımız var ki, ailəsi və karyerası bir yerdə olduqca rəvan formada inkişaf edir. Mən başa düşmürəm ki, ailə sahibi olmaq niyə karyeraya tərs mütənasib kimi göstərilir? Gənc qızlar da buna görə evlənməkdən çəkinirlər. Düşünürlər ki, evlənsələr, təhsil, karyera həyatları, əziyyətləri puç olacaq. Amma qızlar əslində ailəsini və karyerasını bir arada normal şəkildə saxlaya biləcəklərinin fərqində olmalıdırlar və dünyaya uşaq gətirmək üçün müəyyən yaş kateqoriyasının əhəmiyyətini bilməlidirlər".

 

Psixoloq qeyd edib ki, kişilərdə isə vəziyyət fərqlidir:

 

“Onlar məsuliyyət götürməkdən qaçırlar. Ata olduqdan sonra maddi sıxıntılarının artacağını düşünürlər. Övlada yalnız maddi sıxıntı olaraq yanaşmaq düzgün deyil. Kişilərin əksəriyyəti isə yoldaşı ilə anlaşa bilmədikdə uşağın olmasını istəmirlər. Çünki uşağın ayrılığı çətinləşdirdiyini düşünürlər. Təbii ki, aliment ödəmək də onlar üçün böyük problemə çevrilir".

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

Dramatik hekayəsi ilə “Fil Adam” filminə ilham verən bəxtsiz adam - FOTO

Bir çoxumuz onu Devid Linçin 1980-ci ildə çəkdiyi “Fil Adam” filmindən tanıyırıq. Tibb elminin hələ o qədər də inkişaf etmədiyi bir vaxtda çox nadir...

Gündə 3 fincan qəhvə sizi bu xəstəliklərdən qoruyur -ARAŞDIRMA

Orta miqdarda qəhvə və kofeinin müntəzəm istehlakı diabet, koroner ürək xəstəliyi və insult da daxil olmaqla bir çox kardiometabolik xəstəliklərin inkişafına qa...

Milyarder tikintisinə 75 milyon dollar xərclədiyi iki malikanəni 4 milyon dollara satdı

Milyarder Ceyms Tana tərəfindən tikintisinin 75 milyon dollara başa gəldiyi bildirilən Banjup şəhərinin (Avstraliya) Coffee Road və Biniap Road üzərindəki sökük...

Qrenlandiya buzlarında görünən ruh: Haradan gəlib?

Bu hekayə 2011-ci ildə, Qrenlandiyanın peyk şəkillərində ilk dəfə qəfildən “ruh” göründüyü zaman başlayıb.   Sfera.az bildirir ki, “r...

Sığorta pulu almaq üçün dəfələrlə öldürülməyə çalışan adam: Maykl Malloy

1930-cu illərin əvvəllərində bir neçə dost bir plan hazırlayıblar. Onlar bədbəxt bir adam Maykl Malloyu öldürərək sığorta pulu almaq istəyiblər.   Laki...

Sirrlərin məskəni: Yazıçı Aqata Kristiyə ilham verən bu adanı niyə sata bilmirlər?

Bir neçə Aqata Kristi əsərlərini ilhamlandıran Böyük Britaniyanın kiçik bir adası satıla bilmədiyi üçün bazardan çıxarılıb.   Sfera.az bildirir ki, İng...