Logo

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.

Sfera.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu barədə sürücülərə çağırış edib:

"Hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edirik".

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR