İcazə verilən saatlarda avtobus zolağından istifadə edən sürücülər niyə cərimələnir? - AÇIQLAMA

İcazə verilən saatlarda avtobus zolağından istifadə edən sürücülər niyə cərimələnir? - AÇIQLAMA

Bildiyimiz kimi, avtobus zolaqlarına digər avtomobillərin girişi qadağandır. Lakin yol kənarlarında quraşdırılmış lövhələrdə əks olunur ki, müəyyən saat aralığında digər avtomobillərin də həmin zolaqda hərəkətinə icazə var.  Bəzi sürücülər deyir ki, avtobus zolağından icazə verilən saatda istifadə etmələrinə baxmayaraq, cərimə gəlib. 


Əgər icazə varsa, cərimə necə gələ bilər? Bu məsələdə sürücülər nəyə diqqət etməlidir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu problemin bir neçə səbəbi var:


“Həqiqətən də, yol hərəkəti haqqında müəyyən edilmiş formada əlavə məlumat lövhələrində avtobus zolağına girmək üçün icazə saatları göstərilir. Bu, yenilik olmasa da, son vaxtlar bəzi vətəndaşların avtobus zolaqlarından icazə verilən müddətdə istifadə etməsinə baxmayaraq, cərimələndikləri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşıram. Bu məsələdə müxtəlif yanaşma var.Fikrimcə, səbəblərdən biri sürücülərin başqa yerdə qayda pozub, cəriməni avtobus zolağına görə gəlməyini düşünmələridir. Texniki səbəblərdən ötrü də səhvən cərimə göndərilmiş ola bilər. Məlumat löhvələri hər yerdə olmadığı üçün bəziləri elə başa düşür ki, hansısa küçədə 17:00-20:00 saat aralığında icazə varsa, istənilən küçədə bunu edə bilərlər, lakin, bu, belə deyil”. 


Ekspert qeyd edib ki, hansısa sürücü ona səhv cərimənin gəldiyini düşünürsə, müraciət edə bilər:


“Hər bir halda bu, faciə deyil. Müraciət edən kimi aidiyyəti orqanlar məsələyə baxır və doğrudan da yanlışlıq olubsa, cəriməyə xitam verilir”.


O, sonda sürücüləri diqqətli olmağa çağırıb:


“Bildiyimiz kimi, avtobus zolağına daxil olmanın cəzası 3 bal və 100 manat cərimədir. Yenə də son dərəcə diqqətli olmaq lazımdır ki, belə hallar yaşanmasın”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Fərid Qayıbov Hindistana səfər etdi

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının IX Sessiyası (COP9) Bürosunun vitse-prezid...

XİN: "Niderland növbəti dəfə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir"

Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.   Sfera.a...

Fransa XİN başçısına Avropa Komissiyasının vitse-prezidenti vəzifəsi təklif edildi

Fransanın xarici işlər naziri Stefan Sejurne Avropa Komissiyasının (AK) vitse-prezidenti ola bilər.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki,...

II Bakı Təhlükəsizlik Forumu Azərbaycanın təhlükəsiz məkana çevrildiyini bir daha təsdiqləyir - ŞƏRH

Azərbaycanın əlverişli coğrafi mövqeyi onun həm Cənubi Qafqaz regionunun, həm də qonşu regionların aparıcı nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə imkan ya...

İbrahim Kalın: "Azərbaycanla Ermənistan arasında sülh Zəngəzur dəhlizinin açılmasını təmin edəcək"

Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir.   Sfera.az &...

Tokayev Almaniyaya Xəzərin dibi ilə fiber-optik rabitə xətti layihəsində iştirak etməyi təklif etdi

Almaniya Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən həyata keçirilən Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi layihəsində iştirak edə...