Logo

“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İB-dən Astarada veteranlara psixoloji xidmət – FOTO

"İnkişafa Doğru" İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İB-dən Astarada veteranlara psixoloji xidmət – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə ictimai birliyi tərəfindən “Müharibə veteranlarına və şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində 24 iyul 2024-cü il tarixdə Astara Şəhər Gənclər Evində 10 nəfər müharibə veteranı ilə görüş keçirilib.

Sfera.az xəbər verir ki, görüş çərçivəsində veteranlara psixoloji xidmət göstərilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

Layihə çərçivəsində Astara şəhərinə səfər zamanı 2-ci Qarabağ müharibəsi Qazilərinin evlərinə ziyarət edilmiş, onların sosial vəziyyətləri ilə maraqlanılmış və birliyin nizamnaməsinə uyğun olaraq fəaliyyəti çərçivəsində köməklik göstərilib.

Fotolar2

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR