Bakıda Beynəlxalq Gənclər Forumu KEÇİRİLİR

Bakıda Beynəlxalq Gənclər Forumu KEÇİRİLİR

Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu keçirilir.

 

Sfera.az xəbər verir ki, dörd gün davam edəcək tədbir Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə baş tutur.

 

Forumda Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı, ümumilikdə 18 ölkəni təmsil 24 gənc lider, gənclərlə işləyən QHT rəhbərləri, eləcə də Azərbaycanın 60-dan artıq gənclər təşkilatı rəhbərləri və hökumət strukturu təmsilçiləri, ekspertlər iştirak edirlər.

 

Onların 4 gün müddətində qlobal ətraf-mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil etməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Aİ-nin Ukraynaya ümumi yardımı 118 milyard avro təşkil edib

Müharibə başlayandan bəri Avropa İttifaqının (Aİ) Ukraynaya ümumi yardımı 118 milyard avro təşkil edib.   Sfera.az xarici KİV-ə istinadən xəbər ...

"Uşaq nə vaxt olacaq?" tipli suallar, yoxsa... - Yeni evliliklərdə hamiləlik problemi niyə ARTIB? + AÇIQLAMA

  Son zamanlar yeni ailə quran insanlar uşaq problemi ilə üz-üzə qalırlar. Əsasən də bu problem yeni nəslin nümayəndələrində daha çox müşahidə olunur. B...

"Mançester Yunayted"in sabiq futbolçusu Yunanıstan klubuna keçə bilər

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq hücumçusu Antoni Marsyal karyerasını Yunanıstanda davam etdirə bilər.   Sfera.az xarici Kİ...

“Azərsun Holdinq” COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşıdır - FOTO

Ölkəmizdə fəaliyyətə başladığı gündən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfələr verən “Azərsun Holdinq”, həm də Azərbaycanda təşkil ed...

Trampa sui-qəsddə şübhəli bilinən şəxs Putin və Kim Çen Inı HƏDƏLƏDİ

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən şəxs Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inı öldürməklə hədələ...

Sadır Japarov: "Qloballaşma şəraitində iqlim dəyişikliyi məsələləri xüsusi diqqət tələb edir"

Mərkəzi Asiya regionu ən zəngin təbii ehtiyatlara, o cümlədən hidroresurslara, bütün növ metallara və böyük “yaşıl enerji” potensialına malikdir. ...