Antiterror əməliyyatının indiyədək açıqlanmayan - DETALLARI

Antiterror əməliyyatının indiyədək açıqlanmayan - DETALLARI

Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov danışıb.

 

Onun sözlərinə görə, əməliyyat zamanı 310 separatçı məhv edilib, 614 düşmən isə yaralanıb.

 

Cəmi bir gün ərzində isə 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alınıb:

 

“19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket  qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü”.

 

Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib.

 

Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına alıb. 

 

Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra ediblər.

 

Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib.


OXŞAR XƏBƏRLƏR

Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişitərəfdaşlığın inkişafına təkan verəcək"

Bu ilin iyul ayında Azərbaycan və Pakistan arasında imzalanmış tranzit və güzəştli ticarət haqqında saziş ticarət tərəfdaşlığının inkişafına yeni təkan verəcək....

"Konstitusiyada evlilik yaşı artırılıb 25 edilməlidir, çünki..." - Psixoloq

Evlilik yaşı məsələsi bir çox ölkələrdə müzakirə olunur. Son vaxtlar isə bəzi ölkələrdə psixoloqlar və ya ailə məsələləri üzrə mütəxəssislər təklif edir ki...

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi – FOTO

"Naxçıvan" Universitetinin qurucusu, Naxçıvan Ali Məclisinin uzun müddət deputatı olmuş professor İsmayıl Əliyevə ağır itki üz verib.   Sfe...

Qızılın qiyməti yeni rekord VURDU

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 0,4 % artaraq 2 589 ABŞ dollarına çatıb.   Sfera.az bu barədə “Bloomberg”ə istinadən xəbər ...

Azərbaycan Türkiyə ilə enerji əməkdaşlığını müzakirə etdi

Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı gündəliyi müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "...

Rabitəbankdan nağd pul krediti üzrə qızıl kimi “Payız kampaniyası”

Payız, arzuların, xəyalların gerçəkləşmə mövsümüdür. Təbiətin qızıla büründüyü payız fəslində Rabitəbankın qızıl kimi şərtlərlə na...