Sentyabrın 5-i Beynəlxalq Xeyriyyəçilik Günüdür

Sentyabrın 5-i Beynəlxalq Xeyriyyəçilik Günüdür

Sentyabrın 5-i dünyanın bir çox ölkəsində Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd edilir. 

 

Sfera.az xəbər verir ki, Beynəlxalq Xeyriyyəçilik Günü 2012-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib. Beynəlxalq Xeyriyyəçilik Günü BMT-yə üzv olan ölkələrdə qeyd olunur. Onun qeyd edilməsinə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb.

 


Bu, Nobel Sülh Mükafatı laureatı Tereza Ananın vəfatının ildönümünə həsr edilib. Bu, heç də təsadüfi deyil. Onun Hindistandakı fəaliyyəti böyük xeyriyyəçiliyin və dünyada yoxsulluğun aradan qaldırılmasının inkişafına böyük təkan verib. 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində Xeyriyyəçi Missionerləri Ordenini təsis edib. Dünyaşöhrətli missioner və katolik rahibə Tereza Ana 50 ilə yaxın müddət ərzində əvvəlcə Hindistanda, sonra isə başqa ölkələrdə xeyriyyəçilik fəaliyyətinə görə 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görülüb 

 

Çox vaxt xeyriyyəçilik yetim, xəstə və evsiz-eşiksizlərə göstərilən yardım kimi başa düşülür. Lakin xeyriyyə tədbirləri həm də tarixi abidə və məbədlərin bərpasını, təhsil və müalicə müəssisələrinin təchizatını, habelə digər məsələləri də əhatə edir. Xeyriyyə tədbirləri nəticəsində insanların həyatında yaxşılığa doğru yaranan dəyişiklik, onlara bəxş olunan sevinc hissi onu ümumdünya bayramına çevirib.


Xeyriyyəçiliklə lap əvvəllərdən məşğul olublar. Məsələn, dahi A.Eynşteyn öz avtoqraflarını simvolik olaraq 1 dollara paylayırdı, pərəstişkarları 5 dollar ödəməklə ondan avtoqraf alırdılar. O, bundan əldə etdiyi vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Qərbdə ən böyük xeyriyyəçilərdən hesab edilən B.Qeyts xeyirxah məqsədlər üçün 30 milyard dollar xərcləyirib. Amerika milyarderi Rokfeller də xeyriyyə işlərinə xeyli vəsait ayırıb.

 

Xeyriyyəçilik ənənələri Azərbaycan üçün çoxdan səciyyəvi olub və uzun əsrlər boyu davam etdirilib. Ölkə hökmdarları, xan və bəylər məscid və saray tikənlərə, salnaməçilərə və şairlərə, alimlərə və musiqiçilərə himayədarlıq edirdilər. Geniş miqyaslı xeyriyyəçilik fəaliyyətini Azərbaycan tarixində məşhur olan qadınlar, çox vaxt qədim aristokrat ailələrinin ali təhsilli nümayəndələri - şairlər, alimlər, yazıçılar həyata keçiriblər. Azərbaycanda neft erası başlayan kimi “qara qızıl”ın ictimai təsir zirvəsinə qaldırdıqları şəxslər nəcib işin layiqli davamçılarına çevrildilər: 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərinin neft sənayeçiləri Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aşurbəyovlar sülaləsi və bir çox başqaları bu qəbildəndir. Azərbaycanın müasir tarixini onların zəngin irsi olmadan təsəvvür etmək mümkün deyil, bunun sayəsində ölkəmiz müasir dövrün reallıqlarında müstəqillik və özünü təmin etmək şəraitində bərabərhüquqlu xarici siyasət və mədəni əlaqələr qurur.

 

1905-ci ilin oktyabrında Azərbaycanda - Bakıda ilk müsəlman xeyriyyə cəmiyyəti qeydiyyata alınıb ki, o, həm də mədəni-maarif funksiyalarını yerinə yetirir, məktəbliləri, tələbələri müavinət və təqaüdlərlə təmin edirdi.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Cəmiyyətin sosial problemlərinə və onların həllinə daim diqqət yetirən Heydər Əliyev Fondu özünün çoxşaxəli fəaliyyəti çərçivəsində humanitar və xeyriyyə layihələrini uğurla həyata keçirib və həyata keçirməkdə davam edir. 

 

Bu günlərdə Heydər Əliyev Fondu Qarabağda işğaldan azad edilmiş Azərbaycan ərazilərində quruculuq-bərpa işləri çərçivəsində dağıdılmış tarixi, dini, mədəniyyət və memarlıq abidələrinin bərpası, həmçinin bu diyarın, onun şəhər və kəndlərinin dirçəlişi istiqamətində irimiqyaslı layihələr həyata keçirir.

 

Fidan


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...