"Vətəndaşın əməkhaqqından, pensiyasından çıxıla və ya cərimə yazıla bilər" - XƏBƏRDARLIQ!

"Vətəndaşın əməkhaqqından, pensiyasından çıxıla və ya cərimə yazıla bilər" - XƏBƏRDARLIQ!

Vətəndaşların və hüquqi şəxslərin əmlakla bağlı müəyyən öhdəlikləri var. Bunlardan biri də əmlak vergisidir. Bəzi şəxslər isə sözügedən vergini ödəməkdən imtina edir və ya yayınırlar. 

 

Maraqlıdır, belə olan halda qanunvericiliklə həmin şəxslərə qarşı hansı tədbirlər görülə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, bu məsələ Vergi Məcəlləsi, eyni zamanda bələdiyyə vergilərinə dair qəbul olunmuş qanunlarla tənzimlənir:

 

“Qanunvericiliyə görə, bələdiyyələr öz inzibati ərazisində olan fiziki və hüquqi şəxslərə məxsus olan torpaqlara və daşınmaz əmlaklara dair vergi alır. Həmin vergilər vaxtında ödənmədiyi halda, bununla bağlı həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu, həm də Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul edilir. Həmin qərarlar birbaşa icra edilməsi üçün bələdiyyənin ərazisində yerləşən, məhkəmə qərarlarını icarə edən və Ədliyyə nazirliyinə tabe olan icra qurumlarına göndərilir”.

 

Vamiq Şükürov bildirib ki, icra qurumları həmin vergilərin, onun faizlərinin, hesablanmış sanksiyalarının tutulması üçün məcburi icra tədbirlərinin görülməsini təmin edir:

 

“Belə ki, vergi borcunun şəxsin əməkhaqqına, pensiyasına, daşınar və daşınmaz əmlaklarına yönəldilməsi üçün tapşırıqlar verilə bilər. Qanunvericiliyə əsasən, vətəndaşlar əmlak vergisini ödəməlidirlər, bundan yayına bilməzlər. Əgər yayınarlarsa, icraat qurumları tərəfindən tədbirlər görülə bilər. Bunlara qeyd etdiyim kimi məcburi icra tədbirləri aiddir. Eyni zamanda şəxsin ölkədən çıxışına qadağa qoyulması üçün icra məmuru məhkəməyə müraciət edə bilər. Əlavə olaraq, şəxs hesablanmış vergi borcunu qəsdən ödəmirsə, icra məmurunun göstərişlərinə əməl etmirsə, onun cərimələnməsi, barəsində inzibati tədbirlərin görülməsi üçün də məhkəməyə müraciət oluna bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu hücum baş verərsə, İsraili vuracağıq - Pezeşkian

İsrail İran ərazisinə yenidən hücum edərsə, onun hədəflərinə zərbələr endiriləcək.   Sfera.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşk...

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...