Yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər tədris proqramına daxil ediləcək

Yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər tədris proqramına daxil ediləcək

Yeni tədris ilindən başlayaraq yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək.

 

Sfera.az bildirir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri arasında keçirilmiş görüşdə bununla bağlı müzakirə aparılıb. 

 

Nazirlikdən bildirilib ki, bu prosesin vaxtaşırı davam etdirilməsi, yeni bəstələrin müvafiq təhlillər aparıldıqdan sonra proqramlara əlavə edilməsi ilə əlaqədar razılığa gəlinib:

 

“Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən hazırlanacaq not nümunələri sistemli şəkildə həm elektron daşıyıcılarda, həm də kağız formatında sözügedən məktəblərə təqdim olunacaq. Proqrama salınacaq nümunələr arasında Firəngiz Əlizadənin "Zəfər marşı", Elnarə Dadaşovanın fortepiano üçün pyesləri, Adilə Yusifovanın fortepiano üçün pyesləri və "Yaz nağılı" kantatası, həmçinin Sərdar Fərəcov, Faiq Nağıyev, Mehriban Əhmədova, Zabitə Məmmədova, Cahangir Zülfüqarov, Pikə Axundova, İlahə Qismət və digər bəstəkarların uşaqlar üçün əsərləri yer alır”.

 

Qurum əlavə edib ki, bu təşəbbüsün əsas məqsədi yeni nəsil musiqiçilərin milli və müasir musiqi üslublarını mənimsəməsini təmin etmək, eyni zamanda müasir dövr bəstəkarların yaradıcılığının təbliğinə dəstək olmaqdır.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Argentinada məşhur diş məcununun satışı qadağan olundu

Argentina hökuməti yerli sakinlərin şikayətləri əsasında "Colgate" diş məcununun istifadəsini, yayılmasını və təşviqini qadağan edib.   Sfe...

Bu hücum baş verərsə, İsraili vuracağıq - Pezeşkian

İsrail İran ərazisinə yenidən hücum edərsə, onun hədəflərinə zərbələr endiriləcək.   Sfera.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşk...

İsrail və Suriya rəsmiləri yenə Bakıda bir araya gələcək

Suriya böhranı üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas" ...

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...