Yol polisi sürücülərə və piyadalara MÜRACİƏT ETDİ

Yol polisi sürücülərə və piyadalara MÜRACİƏT ETDİ

Bakıda piyadaların çox hissəsinin piyada keçidlərindən keçməsinə baxmayaraq, bəzi sürücülər ya onlara yol vermir, ya da qəza şəraiti yaradırlar. 

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, bu sürücülər avtomobili yüksək sürətlə idarə etməklə yanaşı, qarşıda piyada keçidinin olduğunu bildirən nişanlara da diqqət etmirlər:

 

“Təəssüflər olsun ki, belə olduğu təqdirdə, bəzən keçiddən istifadə edən piyadaları avtomobil vurur. Oxşar iki yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Zabitlər" parkının qarşısında və Səbail rayonu, Bünyad Sərdarov və Lermontov küçələrinin kəsişməsində baş verib”.

 

Qurum həm sürücülərə, həm də piyadalara müraciət edib:

 

“Sürücülər ilk növbədə sürət həddinə əməl etməklə yanaşı, qarşıda piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməli, piyadaların keçiddən tam keçdiyinə əmin olduqdan sonra yollarına davam etməlidirlər. Piyadalara gəldikdə isə tövsiyə edirik ki, keçidlərə yaxınlaşdıqda nəqliyyat vasitələrinin onlara yol verməsinə əmin olduqda, bir sözlə, yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra yolu keçsinlər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...