KİV: Azərbaycanda seçkilər azad və demokratik şəraitdə keçib

KİV: Azərbaycanda seçkilər azad və demokratik şəraitdə keçib

Rusiyanın “NEWS.ru” portalı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə prosesini ətraflı işıqlandırıb.

 

Sfera.az-ın məlumatına görə, portalın materiallarında qeyd olunur ki, ölkədə vətəndaşların öz iradəsini azad şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılıb.

 

"Azərbaycanda parlament seçkiləri zamanı seçki məntəqələrində ölkə sakinlərinin barmaq izləri skan edilir. Bu, bir nəfərin iki dəfə səs verə bilməməsi üçün lazımdır. Barmaq izi götürüldükdən sonra onlar qeydiyyata götürülür və bülleten alırlar. Sənəd anonimlik şəraitində doldurulur və seçki qutusuna atılır", - “NEWS.ru”nun müxbiri qeyd edib.

 

Portalın materialında Azərbaycan Prezidenti Administrasiyasının məlumatına istinadən qeyd edilib ki, dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva növbədənkənar parlament seçkilərində səs veriblər. Ailə Bakıdakı 6 nömrəli tam orta məktəbdə yerləşən seçki məntəqəsində səs verib.

 

Seçkilərdə xarici müşahidəçi qismində çıxış edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hüseyn də “NEWS.ru” saytına müsahibəsində seçkilərin azad və demokratik keçirildiyini qeyd edib.

 

"Bu, öz ölkəmizdə tətbiq etdiyimiz prosesə çox oxşardır. Mən qanunazidd heç nə müşahidə etmədim", - Q.Hüseyn bildirib.

 

Ümumilikdə vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün 125 seçki dairəsində 6 478 seçki məntəqəsi yaradılıb. Qeyd olunub ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərə çatır.

 

Azərbaycan parlamentində 125 yer uğrunda 990 namizəd mübarizə aparır.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...