MEDİA:“Azadlıq Radiosu”nun qərəzli məlumatları media etikası prinsiplərinə ziddir

MEDİA:“Azadlıq Radiosu”nun qərəzli məlumatları media etikası prinsiplərinə ziddir

ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq Radiosu” Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ictimai rəyi manipulyasiya etməyə yönəlmiş materiallar yayımlamaqdadır və təəssüflə bildiririk ki, bu məlumatlar “jurnalist qeydləri” başlığı altında paylaşılır.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

 

Qeyd edilib ki, qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün xarici media subyektlərinin seçkiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib.

 

Lakin “Azadlıq Radiosu”nun bununla bağlı hər hansı müraciəti olmayıb.

 

“Azadlıq Radiosu”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir.

 

Qeyd olunanlar fonunda medianın manipulyasiya metodu ilə ictimai rəyi çaşdırmaq cəhdlərini yolverilməz hesab edir və qınayırıq.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...