"Özümdən çıxanda Qurbanın böyük səbrini xatırlayıram"

"Özümdən çıxanda Qurbanın böyük səbrini xatırlayıram"

"Dünən gecə saatlarına kimi fikirləşirdim ki, “Qarabağ”ımız Avropa futbolunun “Tottenhem”, “Ayaks” və digərləri kimi nəhəngləri ilə necə oynayacaq? Ancaq xəyallar gerçəkləşir və düşüncələrim obyektə fiziki bədənimdən əvvəl çatdı".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. “​Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla fotosunu izləyiciləri ilə bölüşən sənətçi təsadüfən onunla kafedə rastlaşdığını bildirib:

 

"Kafedə oturub çay içirəm, bir də görürəm ki, Qurban Qurbanov məkana kofe içmək üçün gəlir. Məşqdən əvvəl biri-birimizə müsbət enerji yüklədik, xəbər mübadiləsi etdik, futboldan başqa hər şey haqda danışdıq. Ümid edirəm ki, biri-birimizi yaxşı dəstəklədik. Ona yeni oyunlarında uğurlar arzuladım. Qurban Qurbanova polad xasiyyətinə görə, təkcə futbol deyil, gəncləri motivasiya etdiyinə görə təşəkkür edirəm! Elə xarizmatik bir şəxsiyyətdir ki, ondan hər şeyi öyrənmək istəyirsən - necə davranmağı, danışmağı, öz həyat yolunu qurmağı, necə belə stilli, özünəinamlı və güvənən insan olmağı. Bilirəm ki, onun minlərlə azarkeş ordusu, o cümlədən mən də ondan çox şey öyrənirik. Ona dedim ki, həmyaşıd olsaq da, tez özümdən çıxmaq xasiyyətim mənə qalib gələndə, Qurbanın böyük səbrini həmişə xatırlayıram, coşqunluğumu azaldıram. Hər şeyə görə sağ ol Qurban".

 

Qeyd edək ki, Qurban Qurbanovun komandası mərhələyə sentyabrın 26-da “Tottenhem”lə Londondakı oyunla start verəcək.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...