Bakıda parkinqlə bağlı yeni texniki vasitə - Sürücülər cərimələnir

Bakıda parkinqlə bağlı yeni texniki vasitə - Sürücülər cərimələnir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxt küçələrində parklanma qaydalarını pozan sürücüləri xüsusi texniki vasitədən istifadə etməklə cərimələyir.

 

Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, xüsusi nəqliyyat vasitəsi paytaxt küçələrində hərəkətdə olarkən düzgün parkinq edilməmiş avtomobilləri müəyyən edir və onlar barəsində inzibati protokol tərtib edilərək cərimələnirlər.

 

Hazırda AYNA tərəfindən pilot layihə kimi həyata keçirilən yenilik kütləvi xarakter daşımasa da, yaxın vaxtlarda bütün paytaxt ərazisini əhatə edəcəyi gözlənilir.

 

Qeyd edək ki, qanunla müəyyən edilmiş parkinq ərazilərində, yəni “Azparkinq” sistemi üzrə park edilmiş avtomobillər də qaydalara uyğun formada park edilməsə, onlar da cərimələnir.

 

Xatırladaq ki, parklanma qaydalarının pozulmasına görə 20 manat, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digərlərinin parklanmasına görə 60 manat cərimə nəzərdə tutulub.

 

Məsələ ilə bağlı “Xəzər Xəbər”in daha geniş süjetini təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...