"Gənclik Mall"da SAXLANILAN VAR


"Gənclik Mall"da SAXLANILAN VAR

Dünən "Gənclik Mall" Ticarət Mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

 

Sfera.az-ın məlumatına görə, oğurluğu törədən C.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

 

C.B. "Gənclik Mall"dakı "New Yorker" mağazasından qiyməti 120 manat olan bir ədəd papağı oğurlayıb.

 

O, məhkəmədə hadisəni törətdiyini etiraf edib və əməlindən səmimi peşman olduğunu bildirib. Həmçinin, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

 

Məhkəmə onun peşmanlığını nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 160 saat ictimai işlər növündə tənbeh tətbiq edib. C.B. iclas zalından azad olunub. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...