Maşın bazarında QAN TÖKÜLDÜ


Maşın bazarında QAN TÖKÜLDÜ

Cəlilabad rayonunda 1968-ci il təvəllüdlü Sarıbala Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Şəmsəddin Rüstəmovu qətlə yetirib.

 

Sfera.az-ın məlumatına görə, Sarıbala 16 yanvar 2022-ci ildə, saat 11 radələrində Cəlilabad rayonu, Cavadxan küçəsində yerləşən "Maşın bazarı" adlanan ərazidə Cəlilabad şəhər sakini Şəmsəddin ilə avtomobil alqı-satqısı ilə bağlı aralarında yaranmış mübahisə zamanı özünə məxsus avtomobildən bıçaq götürüb və ona yaxınlaşıb.

 

Sarıbala Şəmsəddinin ona qarşı nalayiq sözlər deməsinə iradını bildirib və əlindəki bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub. Həmin gündən etibarən yerləşdirildiyi tibb müəssisələrində stasionar qaydada müalicəsi davam etdirilən Şəmsəddinə göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, həmin ilin martın 29-da müalicə aldığı xəstəxanada ölüb.

 

Hadisəni törədən Sarıbala barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaq) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sarıbala ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 16 yanvar 2022-ci ildə, səhər saatlarında oğlu Vüsala avtomobil almaq məqsədilə onunla birlikdə özünə məxsus VAZ-2106 markalı avtomobillə Cəlilabad şəhərində İran bazarı adlanan ərazidə yerləşən maşın bazarına gedib: "Bazarda olarkən rayon sakini Şəmsəddinlə aramızda avtomobilin pulu ilə bağlı mübahisə yarandı. Mübahisə zamanı Şəmsəddin mənə qarşı nalayiq ifadələr işlədərək boğazımdan yapışdı, məni boğdu. Sonra isə yumruqla vuraraq dişimi sındırdı. Bu zaman özümü müdafiə etmək üçün avtomobilimdə olan bıçağı götürdüm və onun qarın nahiyəsindən bir bıçaq zərbəsi vurdum. Sonra rayon polis şöbəsinə gedərək könüllü təslim oldum. Polis şöbəsində olarkən hadisə barəsində ətraflı izahat və ifadələr vermişəm, bıçağı könüllü olaraq istintaqa təqdim etmişəm. Şəmsəddini öldürmək fikrim olmayıb. O, mənə söyüş söydüyü üçün onu qorxutmaq məqsədilə xəsarət yetirmişəm. Himayəmdə heç bir yerdə işləməyən arvadım və bir azyaşlı uşağım var. Təqsirimi qismən etiraf etməklə əməlimdən peşmançılıq keçirirəm".

 

İş üzrə zərərçəkmiş Şəmsəddin Rüstəmovun hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, hadisə vaxtı orada olmayıb: "16 yanvar 2022-ci ildə xatırlamadığım şəxs telefonla mənə zəng edərək qardaşım Şəmsəddinin bıçaqlandığını dedi. Xəbəri eşidərək xəstəxanaya getdim. Şəmsəddinin üzərində əməliyyat aparıldı, aldığı ağır xəsarətlə bağlı bir neçə dəfə müəyyən xəstəxanalarda müalicə olundu. Üç aydan sonra dünyasını dəyişdi. Qardaşım xəstəxanada müalicə olunarkən təqsirləndirilən şəxsin qohumları tərəfindən ona heç bir maddi yardım və mənəvi köməklik göstərilməyib. Təqsirləndirilən şəxsi bağışlamırıq".

 

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sarıbala 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. (Demokrat.az)


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...