"Təhlükə var, diqqətli olun!" - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ!

"Təhlükə var, diqqətli olun!" - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ!

"Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb". 

 

Bunu Sfera.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

 

“Saxta sosial şəbəkə səhifə və profillərin hekayələrində “forex” vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır. Guya, həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır. İlkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir”, - Hacıyev qeyd edib.

 

Onun sözlərinə görə, xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur:

 

“Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır”.

 

Qurum rəsmisi yenidən vətəndaşlara müraciət edib: “Sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin..Təhlükə var, tələyə düşə bilərsiniz, diqqətli olun!”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...