Bakıda növbəti narkoşəbəkə ifşa edildi - VİDEO


Bakıda növbəti narkoşəbəkə ifşa edildi - VİDEO

Bakının Binəqədi rayonunda İran vətəndaşından 28 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən narkoşəbəkə üzvləri həbs edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuşlar Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar:

 

"Onlardan ümumilikdə 28 kiloqram narkotik, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar".

 

"Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı verilib. R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevin daxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir",- məlumatda qeyd olunub.

 


OXŞAR XƏBƏRLƏR

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...

Daun sindromunun müalicəsində irəliləyiş: Alimlər əlavə 21-ci xromosomu çıxara bildilər

Yapon alimləri tibbdə əsl sıçrayış əldə ediblər. Onlar Daun sindromuna səbəb olan əlavə 21 xromosomu tamamilə çıxara biliblər.   Sfera.az bildirir ki...