Astaranın 4 kəndində qaz kəsiləcək

Cəmiyyət
23:35 / 26.08.2024
4401
Astara rayonunun 4 kəndində qaz kəsiləcək.
Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Tüləgivan istiqamətində qaz kəmərinin kipliyə yoxlanılması üçün Tüləgivan, Deqədi, Səlivə və Ojəkəran kəndləri olmaqla ümumilikdə 920 abonentin qaz təchizatının 30 avqust tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.