Göydəniz Qəhrəmanov seçicilərlə növbəti görüş keçirdi - FOTO

Göydəniz Qəhrəmanov seçicilərlə növbəti görüş keçirdi - FOTO

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Göydəniz Qəhrəmanov seçicilərlə növbəti görüşünü keçirib.

 

Sfera.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

 

"Vətəndaşlarla birbaşa yerlərdə keçirdiyim növbəti görüşümdə çıxışım zamanı sakinləri platformamın vacib istiqamətləri, hədəf və məqsədləri ilə bağlı məlumatlandırdım. Millət vəkili seçiləcəyim təqdirdə səlahiyyətlərim çərçivəsində sakinlərin maraqlarına diqqətlə yanaşacağımı və onları narahat edən məsələlərə dəstək göstərəcəyimi diqqətə çatdırdım. Seçicilərimin müxtəlif mövzularda mənə ünvanladıqları sualları cavablandırdım, təkliflərini dinlədim.

 

Görüşdə iştirak edən Yasamal Veteranlar Şurasının sədri Polkovnik Bəhram Şeydayev sakinləri qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə çağırdı və uğurlar arzuladı".


OXŞAR XƏBƏRLƏR