Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı TƏŞKİL EDİLDİ

Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı TƏŞKİL EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Abbas Mirzə Şərifzadə küçəsində (İsfəndiyar Zülalov küçəsi ilə kəsişmədən Müzəffər Həsənov küçəsi ilə kəsişməyə qədər) 4 km-dən çox hərəkət zolağı təşkil edib.

 

Sfera.az AYNA-ya istinadən xəbər verir ki, həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

 

A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-yə yaxın avtobus fəaliyyət göstərir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 155 000-dən çox sərnişin daşınır.

 

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

 

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...

Bakı metrosunda “yanğın”: FHN hərəkətə keçdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim keçi...

Zaurun zarafatı Günayı özündən çıxardı - VİDEO

Aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva sosial şəbəkədə paylaşdıqları görüntülərlə yenidən gündəmə gəliblər.   Sfera.az xəbər veri...