Bəhruz Səmədov saxlanıldı

Bəhruz Səmədov saxlanıldı
Kateqoriya məlum deyil
T

Avqustun 21-də axşam saatlarında politoloq Bəhruz Səmədov Bakıda saxlanılıb.

 

Sfera.az bildirir ki, bu barədə onun nənəsi Zibeydə Osmanova "Turan"a bildirib.

 

Z.Osmanova qeyd edib ki, B.Səmədov saat 16:00 radələrində dostu ilə görüşmək üçün evdən çıxıb. Onun sözlərinə görə, yaşadığı evdə axtarış aparılıb və B.Səmədova aid bəzi sənəd və əşyalar götürülb.

 

"Sonradan Vəfa adlı bir vəkil zəng etdi və Bəhruzun "dövlətə xəyanət"də şübhəli bilindiyini, ermənilərlə yazışmasının aşkar edildiyini, onların sifarişi ilə məqalələr yazdığını dedi", - Z.Osmanova deyib.

 

O, bu ittihamları təkzib edib.

 

Qeyd edək ki, B,Səmədov həm də "OC Media"nın və //bakuresearchinstitute.org/ saytının müəllifidir. (Axar.az)

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR