Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirilib - FOTO

Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirilib - FOTO

Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirilib

 

Sfera.az xəbər verir ki, Binə Mədəniyyət Mərkəzində təşkil edilmiş görüşdə namizədin vəkilləri Pərnaz Mayılova, Faiq Əliyev, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Ahıllar şurasının sədri Sevil Əzizova, Bakı Şəhər Herontoloji Mərkəzinin poliklinikasının şöbə müdiri Nailə Əhmədova, 1, 2, 9, 10, 11, 12, 13, 29 saylı seçki məntəqələrinin əhatə dairəsində yaşayan qəsəbə sakinləri və ziyalılar iştirak etdiblər.

 

İlk olaraq namizədin vəkilləri seçiciləri Gülşən Paşayevanın əmək fəaliyyəti ilə tanış edərək, onun pedaqoji, elmi və beynəlxalq sahədə əldə etdiyi nailiyyətlərdən danışıblar. Daha sonra Azərbaycanda yaşlı nəslin problemləri, onların asudə vaxtının səmərəli keçirilməsi istiqamətində çalışan Sevil Əzizova və Nailə Əhmədova yaşlıların rifah halının təşviq edilməsi istiqamətində apardıqları fəaliyyət haqqında öz fikirləri ilə bölüşüblər.

 

Sonda çıxış edən namizəd iştirakçıları seçki platforması ilə tanış edərək, həssas qruplarla daha yaxından işləməyin vacib olduğunu diqqətə çatdırıb. Belə qruplar arasında o, yaşlı nəslin nümayəndələrini da xususi olaraq qeyd edərək, onların qarşılaşdıqları çətinlik və ehtiyacları yaxından öyrənməyin və onların rifah halının yaxşılaşdırılması üçün əməli işlərin görülməsinin əhəmiyyətini vurğulayıb. Namizəd bir neçə il əvvəl Azərbaycanda “Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” mövzusunda müvəffəqiyyətlə reallaşmış layihəni misal gətirərək, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST Agentliyi, ASAN xidmət, Dövlət Statistika Komitəsi və BMT-nin Əhali Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirildiyini diqqətə çatdırıb.

 

Onun çıxışından sonra görüş ümumi müzakirələrlə davam etmiş və seçiciləri narahat edən məsələlər qeydə alınıb.

 

Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Gülşən Paşayevanın 13 saylı Xəzər ikinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşləri davam edəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...