Logo

Sabah Laçının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Sabah Laçının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah saat 10:00-dan Laçın rayonunun təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Sfera.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR