Bakıda məşhur hoteldə yanğın oldu

Bakıda məşhur hoteldə yanğın oldu

Bakının Nərimanov rayonunda hoteldə yanğın olub.

 

Sfera.az xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən "Ammar Grand" hotelində qeydə alınıb.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

 

***

 

Yanğın hotelin mətbəxində başlayıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, alov Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının müdaxiləsi nəticəsində genişlənərək yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


OXŞAR XƏBƏRLƏR