"Bandotdel" Oleq Bakinskini həbs etdi - FOTO

"Bandotdel" Oleq Bakinskini həbs etdi - FOTO

Oleq Bakinski Bakıda saxlanılıb.

 

Məlumatı DİN-in Mətbuat Xidmətidən Sfera.az-a təsdiqləyiblər.

 

Məlumata görə, kriminal avtoritet Oleq Bakinski kimi tanınan ukraynalı Oleq Krapivin Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən az öncə Bakıda həbs edilib.

 

Qeyd edək ki, Oleq Bakinski haqda olduqca ziddiyyətli məlumatlar var: kriminal avtoritet, qanuni oğru kimi adı hallanır, sifarişli qətllərdə adı keçir və s.

 

Oleq Bakinski kimdir?

 

 

Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondördqat (!) Azərbaycan çempionudur.

 

2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.

 

1989-cu ildən Kiyev şəhərində yaşayır(dı). 4 övladı var.

 

Krapivin zəngin adamdır. Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. “Forbes”in 2023-cü il də  yaydığı məlumata görə, o, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub.

 

 Bu barədə məlumatı ilk olaraq azinform.az saytı dərc edib.

 

Orxan


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...