Havanın orta çoxillik temperaturunda yüksəlmə MÜŞAHİDƏ OLUNUR

Havanın orta çoxillik temperaturunda yüksəlmə MÜŞAHİDƏ OLUNUR

Son illər havanın orta çoxillik temperaturunun artdığı müşahidə olunur.

 

Sfera.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

 

Onun sözlərinə görə, 2007-ci ildən 2023-cü ilə qədər aparılan hidrometeoroloji müşahidələr əsasında ölkədə havanın orta çoxillik temperaturu 1.3 dərəcə normadan yüksək olub: "Sonn 50 il ərzində respublika üzrə ən isti gün 2 avqust 2000-ci il tarixində Naxçıvanın Culfa və Ordubad rayonlarında 46 dərəcə, Bakı və Abşeron yarımadasında isə 1 iyul 2018-ci il tarixində Maştağada 44.5 dərəcə, Bakıda 42.7 dərəcə qeydə alınıb. Son 50 il ərzində ən soyuq günlər isə ölkə üzrə 28 dekabr 2002-ci il tarixində Naxçıvan şəhərində 30 dərəcə, Bakı və Abşeron yarımadasında 8 fevral 2012-ci il tarixində 11 dərəcə müşahidə olunub”.

 

N.Mahmudov qeyd edib ki, son dövrlərdə təhlükəli atmosfer hadisələrinin artım tendensiyası müşahidə olunur: "Belə ki, sel-daşqın hadisələrinin sayının artmasını buna misal göstərmək olar. Son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınmışdısa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb”.


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...