Sürücülərə müraciət edildi - Bu qaydalara ƏMƏL EDİN!

Sürücülərə müraciət edildi - Bu qaydalara ƏMƏL EDİN!

İyun ayının əvvəlindən başlayaraq paytaxt yollarında, hətta pik saatlarda da sıxlıq azalıb. Yay tətilinin və əhalinin bir çoxunun məzuniyyətdə olması buna əsas səbəb kimi göstərilə bilər.

 

Sfera.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

 

“Müşahidə kameralarının görüntüləri əsasında aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında yol-nəqliyyat hadisələri baş verir, texniki nasaz nəqliyyat vasitələri yollarda qalır və bəzi sürücülər dayanma və durma qaydalarına əməl etmirlər. Nəticədə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə hələ də sıxlıq yaranır”.

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, qeyd olunan səbəblərdən yollarda sıxlığın yaranması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmamasına gətirib çıxarır. Sürücülərə yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə baxış keçirməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edirik.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...