Logo

Kral III Çarlz Muxtar Babayevi qəbul etdi

Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniyanın Kralı III Çarlz Azərbaycanın ekologiya naziri, COP29-un prezidenti Muxtar Babayevi qəbul edib.

Sfera.az xəbər verir ki, bu barədə COP28-in (BƏƏ) sosial şəbəkə hesabında bildirilib.

"Bu gün Əlahəzrət Kral III Çarlz Klarens-hausda COP28-in prezidenti Sultan Əl-Cabir, COP29-un prezidenti Muxtar Babayev və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toninin təmsil olunduğu COP Sədrlikləri üçlüyünü qarşılayıb", - paylaşımda qeyd olunub.

Vurğulanıb ki, COP Sədrlikləri üçlüyü COP-a ev sahibliyi edən dövlətlər arasında görünməmiş əməkdaşlıqdır. Onun məqsədi dinamikanı qorumaq, davamlılığı təmin etmək və COP-lar arasında tərəqqi körpüsü yaratmaqdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR