"Söhbət 80 manatdan getmir, amma bu, ədalətsizlikdir" - Deputat

“4500 nəfər müharibə veteranı kimi tanınmır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

“Prezident İlham Əliyev 2 may 2024-cü ildə Sərəncam imzaladı ki, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilsin. Bu xərclər üçün 3 milyon manat ayrıldı.

 

Vətən müharibəmizdə iştirak edən şəxslər mənimlə görüşüblər. Onlar bildiriblər ki, 28 sentyabr 2020-ci ildə orduya çağırılıblar və arxa cəhbədə xidmət ediblər. Lakin həmin 4500 nəfər müharibə veteranı kimi tanınmır. Bu da ədalətsizlikdir. Biz İkinci Dünya müharibəsində iştirak edənləri müharibə veteranı kimi tanıyırıq, amma onları yox. Söhbət Vətən müharibəsi veteranına verilən 80 manat müavinətdən getmir. Onlar deyirlər ki, biz o puldan imtina edirik, sadəcə bizə də ad təsis edilsin”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR