Şahdağa qar yağıb

Şahdağa qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-averilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

 

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

 

Düşən yağıntının miqdarı Lənkəranda 38 mm, Astarada 27 mm, Şəkidə 23 mm, Lerikdə 18 mm, Yardımlıda 17 mm, Neftçalada 11 mm, Qax (Sarıbaş), Biləsuvarda 7 mm, Şirvan, Cəlilabadda 6 mm, Şərur, Altıağac, Balakən, Xaltan, Qobustan, Qusar, Cəfərxan, Şamaxı, Sabirabad, Zaqatala, Quba, Culfa, Ordubad, Naxçıvan, Gədəbəy, Göygöl, Qəbələ, Şahdağ, İmişli, Şabran, Tovuz, Qrız, Şəmkir, Ağstafa, Göyçay, İsmayıllı, Ağsu, Kürdəmirdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 8 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm-dək olub.

 

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Naftalanda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.

 

Göygöl, Şəmkir, Balakən, Qrız, Qax, Balakən, Şahdağ, Göyçay, Şamaxı, Qusar, Şəki, Qəbələ, Şəmkir, Yardımlı, Gədəbəy, Altıağac, Daşkəsəndə duman müşahidə olunub.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.


OXŞAR XƏBƏRLƏR

“Bunu bəyənməyənlər öz işləri ilə məşğul olsalar, daha yaxşı olar” - Prezident

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ilə İran dövlət sərhədində Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.  ...

Anar Heybətova ağır itki - FOTO

Əməkdar artist Anar Heybətova ağır itki üz verib.   Sfera.az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. O, əmi...

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib.   Sfe...

Sabah rayonlarda leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Latviya parlamentinin sədri Füzuliyə getdi

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.   Bu barədə Sfera.az-a Milli M...

Əbdül Xalid ailəsi ilə ağır qəzaya düşüb

Müğənni Əbdül Xalid yenidən avtomobil qəzasına düşüb.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı "Xəbərin var?" verilişində danışıb. O...