Logo

Metroda qatarlar niyə gecikib? - RƏSMİ AÇIQLAMA 

Metroda qatarlar niyə gecikib? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı metrosunda "Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.

Bu barədə Sfera.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı, sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib. Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR