Azərbaycanda iş vaxtının saatları azaldıla bilərmi? - AÇIQLAMA 

Azərbaycanda iş vaxtının saatları azaldıla bilərmi? - AÇIQLAMA 

Zaman-zaman insanların işləmə müddəti müzakirə obyekti olub. Bu, müxtəlif ölkələrin qanunvericiliyinə əsasən formalaşır və fərqli rəqəmləri əhatə edir. Azərbaycanda da iş saatının qısaldılması müəyyən vaxtlarda gündəm olub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, iş vaxtının saatının, gününün azaldılması, məsafədən işlərin yerinə yetirilməsi kimi məsələlər dünyada eksperiment şəklindədir:

 

“Söhbət əmək haqqını azaltmadan iş vaxtının qısaldılmasından gedir. Azərbaycanda isə dövlət sektoru bu dəyişikliklərə hazır deyil. Bunu etmək üçün qanunvericilik dəyişməlidir. Kommersiya qurumları isə qanunvericiliyə hər hansı dəyişiklik olmadan bunu edə bilərlər. Bizdə konstitutsion norma 8 saatdır. Praktikada isə bəzən işçini qanunsuz olaraq 10-12 saat işlədirlər”.

 

Ekspertin sözlərinə görə, dünyada bu praktikanı tətbiq edən biznes sahələri əmək haqqını dəyişmədən iş vaxtını o zaman azaldır ki, bundan fayda götürsün:

 

“Bu isə yeni və müasir texnologiyanın tətbiqi nəticəsində baş verir. Həm də ən əsası bunu etmək üçün sahibkar işçi qarşısında sosial məsuliyyətini dərk etməli, ona sosial partnyor kimi baxmalıdır. İşçisinə qul kimi baxan biznesmen, işəgötürən heç zaman işçi mənafelərini düşünməyəcək. Əvvəlcə təfəkkür dəyişməlidir, sonra qanunvericilik və praktika”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...